İstanbulda zəncirvari qəza nəticəsində 12 nəfər xəsarət alıb

İstanbulda zəncirvari qəza nəticəsində 12 nəfər xəsarət alıb
# 03 fevral 2018 00:39 (UTC +04:00)

İstanbulda ağır yol qəzası baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Esenyurt- Baxçaşəhər yolunda 10 avtomobil toqquşub.

Zəncirvari qəza nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya qaldırılıb.

Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR