Bank Of Baku

“Galatasaray” doğum günündə Okan Burukla müqaviləni uzadıb ​​​​​​​

“Galatasaray” doğum günündə Okan Burukla müqaviləni uzadıb  ​​​​​​​
# 19 oktyabr 2023 18:02 (UTC +04:00)

“Galatasaray” futbol komandasının baş məşqçisi Okan Burukla müqavilənin müddəti uzadılıb.

APA xəbər verir ki, bu barədə “Galatasaray” klubunun başqanı Dursun Özbək bildirib.

Qeyd edək ki, bu gün Okan Burukun 50 yaşı tamam olur. Bu münasibətlə klubun təsislərində məşqdən əvvəl kiçik mərasim təşkil olunub.

İdarə Heyətinin üzvləri ilə mərasimə qatılan Dursun Özbək Okan Burukun doğum günündə onunla müqavilənin müddətinin uzadıldığını açıqlayıb.

Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR