Bank Of Baku

“Galatasaray” səfərdə “Trabzonspor”u 5-1 hesabı ilə məğlub edib

“Galatasaray” səfərdə “Trabzonspor”u 5-1 hesabı ilə məğlub edib
# 21 yanvar 2024 22:08 (UTC +04:00)

“Galatasaray” səfərdə “Trabzonspor”u məğlub edib.

APA xəbər verir ki, oyunda hesab 13-cü dəqiqədə açılıb. Vilfred Zaha topu “Trabzonspor”un qapısından keçirməyi bacarıb. O, 61-cı dəqiqədə təkrarən rəqib komandanın qapısına yol tapa bilib. Növbəti qollar 64 (Kaan Ayhan) və 80-ci (Kərəm Aktürkoğlu) dəqiqələrdə vurulub.

“Trabzonspor”un yeganə qolunu 79-cu dəqiqədə Eniş Dastan vurmağa nail olub.

“Galatasaray”ın sonuncu qolu 90+6-cı dəqiqədə (Kərəm Aktürkoğlu) qeydə alınıb və oyun 5-1 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR