Bank Of Baku

Güclü külək stadionda işıq dərəyini aşırıb, "Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə düşüb - VİDEO

Güclü külək stadionda işıq dərəyini aşırıb, "Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə düşüb - VİDEO
# 23 dekabr 2023 18:31 (UTC +04:00)

Güclü külək Tovuzda futbol oyununu təxirə salıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarlnda başlayan güclü külək Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun dayanmasına səbəb olub. Oyun zamanı külək stadionun işıq dirəyini aşırıb. Nəticədə oyun dayanıb.

Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Qeyd edək ki, bu gün Premyer Liqada ikinci dövrənin son turunun oyunu çərçivəsində ilk qarşılaşma Tovuz şəhərində olub. "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun "Turan Tovuz"un 2:1 üstünlüyü ilə yekunlaşmaq üzrə olsa da, 81-ci dəqiqədə stadionun işıq dirəklərindən biri küləyin təsirindən aşıb.

Oyunun sabah 12:00-da qaldığı yerdən davam edəcəyi açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR