İngiltərə futbol millisinin xərçəng xəstəsi olan sabiq baş məşqçisi sevənləri ilə vidalaşıb

Sven-Yoran Eriksson

© APA | Sven-Yoran Eriksson

# 21 avqust 2024 15:48 (UTC +04:00)

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson sevənləri ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən isveçli mütəxəssis həyatdan köçdükdən sonra unudulmaq istəmədiyini bildirib: "Yaxşı həyatım var idi. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq. Amma həyat həm də ölümdür. Onu olduğu kimi qəbul etməyi öyrənməliyik. Ümid edirəm ki, insanlar mənim haqqımda “yaxşı adam idi” deyəcəklər. Lakin hamı belə deməyəcək. Ümid edirəm ki, məni pozitiv oğlan kimi xatırlayacaqsınız. Üzr istəməyin, gülümsəyin. Məşqçilər, oyunçular, azarkeşlər, hər şeyə görə sağ olun. Bu, əla idi. Özünüzü və həyatınızı qoruyun. Və nə qədər imkan var, onu yaşayın".

Qeyd edək ki, yanvar ayında 76 yaşlı futbol mütəxəssisi mədəaltı vəzi xərçəngi olduğunu bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR