Bank Of Baku

"İrəvan"da futbolçular oyuna çıxmaqdan imtina edib

"İrəvan"da futbolçular oyuna çıxmaqdan imtina edib
# 18 oktyabr 2023 16:31 (UTC +04:00)

“İrəvan”ın bəzi aparıcı futbolçuları “İmişli” ilə oyuna çıxmayıb və beləliklə oyun təxirə salınıb.

Apasport.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik borclu olduğu oyunçulara yarım aylıq maaşı kartlarına vuracağına söz verib.

Ancaq bu şərt onları qane etmədiyindən, bir neçə təcrübəli futbolçu kollektivlə birgə səfərə yollanmayıb. Klub rəhbərliyi dünən bir daha boykotçularla görüşüb. Bonus və yarım aylıq maaşın “İmişli” ilə oyuna qədər ödəniləcəyi bildirilsə də, futbolçular bununla razılaşmayıblar. Onlar məvacibin son qəpiyinə qədər köçürülməsini tələb ediblər.

Qeyd edək ki, bu gün İmişlidə keçirilməli olan matç təxirə salınıb. Belə ki, futbolçular öz aralarında “hər kəsə özünə cavabdehdir” prinsipinə uyğun addım atmağı məqsədəuyğun sayıblar və oyuna çıxmaqdan boyun qaçırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR