Bank Of Baku

Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək

Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək
# 24 may 2023 18:22 (UTC +04:00)

Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

34 yaşlı müdafiəçi növbəti mövsümdə də La Liqa klubunda oynamalı idi. Lakin tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilib.

Alba azad agent statusu alıb. “Barselona”nın yetirməsi 2012-ci ildən forma geyindiyi əsas komandada 11 il çıxış edib.

Qeyd edək ki, Alba Kataloniya təmsilçisində 458 oyun keçirib. Onun hesabında 27 qol və 99 məhsuldar ötürmə var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR