Ağdamda 68 yaşlı piyadanı maşın vurub

Ağdamda 68 yaşlı piyadanı maşın vurub
# 27 yanvar 2018 08:17 (UTC +04:00)

Ağdamda 68 yaşlı piyadanı maşın vurub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayonun Seyidli kənd sakini Taryel Həsənlini yolu keçmək istəyərkən Quluyev Bəhruz Eldar oğlu idarə etdiyi “VAZ-21099” markalı maşınla vurub. Yaralı T.Həsənli Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR