İlin əvvəlindən Naxçıvan əhalisinə 32 mln. manatdan artıq kredit verilib

İlin əvvəlindən Naxçıvan əhalisinə 32 mln. manatdan artıq kredit verilib
# 21 may 2015 10:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 32 mln. 224 min manata yaxın kredit verilib.

APA-Economics” Naxçıvan Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,8 dəfə çoxdur.

Bu ilin mayın 1-nə Naxçıvan banklarında açılmış bank hesablarının sayı 42570-ə çatıb ki, bunun da 38792-si və ya 91,1%-i aktiv hesablardır. 2015-ci ilin yanvar-aprel aylarında açılmış 4316 bank hesabı aktiv hesablar olub. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 98 POS-terminal quraşdırılıb və bu göstərici hesabat dövrünə 965-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR