Sumqayıtda iki avtomobil toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Sumqayıtda iki avtomobil toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 04 avqust 2015 09:22 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də saat 18.00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Fərrux Əliyevin idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə F. Əliyevin sərnişini Vəfadar Ələkbərov hadisə yerində ölüb, N. İsayev və sərnişini İlqar Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR