KİV: Mbappe "Real Madrid"ə keçməsi üçün şərt irəli sürüb - YENİLƏNİB

KİV: Mbappe "Real Madrid"ə keçməsi üçün şərt irəli sürüb - YENİLƏNİB
# 04 fevral 2024 12:04 (UTC +04:00)

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real Madrid" klubuna keçməsi üçün şərt irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə CBS məlumat yayıb.

PSJ klubunu tərk etməyə hazırlaşan Kilian Mbappe Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında iştirak etmək istəyir. Bu yarışma FİFA-nın rəsmi pəncərələrindən kənarda keçirildiyi üçün futbolçunun klubundan icazə alması lazımdır.

Qeyd edilib ki, Kilian Mbappe Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyi təqdirdə “Real Madrid"lə müqavilə bağlamağa hazırdır.

Ötən gün Kilian Mbappenin 2024-cü ilin yayında PSJ klubu ilə bitəcək müqaviləsini uzatmayaraq "Real Madrid" klubuna keçməyi planlaşdırdığı məlum olub.

***

3 fevral saat 21.09

Futbol üzrə Fransa millisinin hücumçusu, Kilian Mbappe hazırda çıxış etdiyi PSJ klubunu tərk edəcək.

APA xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Onun yeni komandası İspaniyanın "Real Madrid" klubu olacaq.

Bildirilib ki, Mbappenin "Real"la müqaviləsinin məbləği klub tarixində rekord ola bilər.

25 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir.

Komandanın tərkibində beş dəfə Fransa çempionluğunu, üç dəfə isə ölkə kubokunun qalibiyyətini yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR