Bank Of Baku

Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb

Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb
# 07 iyul 2026 01:20 (UTC +04:00)

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo dünya çempionatları tarixində son oyununu keçirib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatıb.

Ronaldo oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu bildirmişdi.

Ulduz futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib. O, mundiallarda 6 müxtəlif turnirdə meydana çıxan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək , Ronaldo Portuqaliya millisinin heyətində indiyədək 226 oyun keçirib, 142 qol vurub və yığmanın tarixinin ən çox oyun keçirən, həmçinin ən çox qol vuran futbolçusudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR