Şəmkirdə qadın kimyəvi maddədən zəhərlənib

Şəmkirdə qadın kimyəvi maddədən zəhərlənib
# 24 dekabr 2016 15:45 (UTC +04:00)

Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib. APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Barlıbağ yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Naibə Allahverdiyeva kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın özünəməxsus əkin sahəsində həşəratlara qarşı mübarizə apararkən fosfor tərkibli kimyəvi maddədən zəhərlənib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR