NİİM Bakının səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb - FOTO

NİİM Bakının səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb - <span style="color: red;">FOTO
# 29 may 2015 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda baş tutacaq I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər: “Fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq”.

Ş. Mehmanqızı qeyd edib ki, həmin buraxılış vəsiqələri kodlaşdırılıb və onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR