Rusiyalı komandan: "Bu il Xəzər dənizində Azərbaycan-Rusiya-Qazaxıstan və Azərbaycan-Rusiya təlimləri keçiriləcək"

Rusiyalı komandan: "Bu il Xəzər dənizində Azərbaycan-Rusiya-Qazaxıstan və Azərbaycan-Rusiya təlimləri keçiriləcək"
# 03 avqust 2015 13:43 (UTC +04:00)

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.

Onun sözlərinə görə, sözügedən təlimlərdə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.

V. Çirkov əlavə edib ki, təlimlərdən biri üçtərəfli (Rusiya, Azərbaycan və Qazaxıstan), digəri isə ikitərəfli (Rusiya-Azərbaycan) olacaq.

“Təlimlər zamanı Xəzər dənizi akvatoriyasında təhlükəsizliyə təhdidlərin aradan qaldırılması və sabitliyin möhkəmləndirilməsi üçün qarşılıqlı əlaqə ilə bağlı bir sıra məsələlər nəzərdən keçiriləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, avqustun 3-dən 11-dək Xəzər dənizində “Xəzər Kuboku 2015” və “Xəzər derbisi 2015” donanma müsabiqələri keçirilir. Müsabiqələrdə Azərbaycan hərbi-dəniz qüvvələri də iştirak edir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR