Bank Of Baku

“Liverpul”-“Çelsi” qarşılaşması heç-heçə başa çatıb

“Liverpul”-“Çelsi” qarşılaşması heç-heçə başa çatıb
# 09 may 2026 19:38 (UTC +04:00)

İngiltərə Premyer Liqasında XXXVI tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçı Mersisayd şəhərində baş tutub.

"Liverpul" azarkeşləri önündə "Çelsi" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Liverpul" hazırda 59 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Aktivində 49 xalı olan "zadəganlar" isə 9-cu sıradadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR