Lukaku Azərbaycana vurduğu dörd qolla AVRO-2024-ün seçmə mərhələsində bombardir olub

Lukaku Azərbaycana vurduğu dörd qolla AVRO-2024-ün seçmə mərhələsində bombardir olub
# 20 noyabr 2023 08:12 (UTC +04:00)

Belçika millisinin futbolçusu Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində bombardirlər siyahısında portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub.

APA xəbər verir ki, belçikalı futbolçu ötən gün Azərbaycanla keçirilən görüşdə vurduğu dörd qolla buna nail olub.

Lukaku 14 qolla seçmə mərhələnin bombardiri siyahısına başçılıq edir.

Ronaldu isə 10 qolla ikinci yerdədir.

Üçüncü yeri doqquz qol vuran Fransa millisinin futbolçusu Kilian Mbappe tamamlayır.

Belçika millisi öz qrupunda birinci yeri tutaraq AVRO-2024-ə vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR