Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq
# 19 fevral 2024 17:22 (UTC +04:00)

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.

Apasport.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Eyni zamanda Azərbaycan Şahmat Federasiyasının prezidenti olan Mahir Məmmədov AFFA-nın Hesabat-Seçki Konfransında seçiləcək İcraiyyə Komitəsinin yeni heyətində yer almaq niyyətində deyil: "Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR