Bank Of Baku

"Mançester Siti" səfərdə "Vulverhempton"u darmadağın edib

"Mançester Siti" səfərdə "Vulverhempton"u darmadağın edib
# 17 avqust 2025 00:23 (UTC +04:00)

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Vulverhempton" öz meydanında "Mançester Siti"ni qəbul edib.

APA xəbər verir ki, qonaqlar 4:0 hesabı ilə qələbə qazanıb.

Matçın ilk qolunu 34-cü dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Holand vurub. Üç dəqiqə sonra yarımmüdafiəçi Teyani Reynders qonaqların üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə Holand dubla imza atıb. 81-ci dəqiqədə "Mançester Siti"nin yeni oyunçusu Rayan Şerki oyunda son nöqtəni qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR