Bank Of Baku

Mərc qalmaqalı: Azərbaycan futbol millisinin üzvü barəsində cinayət işi açılıb

Mərc qalmaqalı: Azərbaycan futbol millisinin üzvü barəsində cinayət işi açılıb
# 11 noyabr 2025 00:32 (UTC +04:00)

Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Haqqında cinayət işi açılan futbolçunun 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin o, istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.

Xatırladaq ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR