Cəbhə xəttində monitorinq keçirən ATƏT nümayəndələri Füzuli RİH-də olublar

Cəbhə xəttində monitorinq keçirən ATƏT nümayəndələri Füzuli RİH-də olublar
# 25 oktyabr 2017 09:40 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün qoşunların qarşıdurma xəttinin Füzuli istiqamətində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT nümayəndələri Füzuli rayon İcra Hakimiyyətində olublar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx rayon İH başçısı Alı Alıyevlə görüşüblər.

Görüş zamanı A.Alıyev ATƏT nümayəndələrinə bildirib ki, qoşunların təmas xəttinin Füzuli istiqamətində sonuncu dəfə 12 sentyabr tarixində keçirilən monitorinqdən bu günə kimi ermənilər atəşkəs rejimini bəzi hallarda iri çaplı silahlardan, minaatanlardan istifadə etməklə 352 dəfə pozublar, yaşayış məntəqələrini də atəşə məruz qoyublar.

Qeyd olunub ki, rayonun əsasən Alxanlı, Aşağı Əbdurrəhmanlı, Qazaxlar kəndləri düşmənin hədəfinə çevrilib.

Görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmaq üçün Füzuli rayonunun Horadiz kəndi istiqamətinə yollanıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR