Milli komandamız FİFA reytinqində irəliləyib

Milli komandamız FİFA reytinqində irəliləyib
# 15 fevral 2024 13:54 (UTC +04:00)

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması 1174.22 xalla bir pilləyə irəliləyərək 113-cü pillədə qərarlaşıb.

Komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.

Siyahıya son dünya çempionu Argentina 1855.2 xalla başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR