Bank Of Baku

Millimiz Portuqaliya ilə 1/8 final matçına çıxacaq

Millimiz Portuqaliya ilə 1/8 final matçına çıxacaq
# 01 noyabr 2023 13:36 (UTC +04:00)

Minifutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız BƏƏ-də keçirilən dünya çempionatında 1/8 final matçına çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Portuqaliya ilə görüşəcək. Qrup mərhələsini lider başa vuran Azərbaycan minifutbolçuları 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. Keçirdiyi üç oyunda qələbə qazanan yığmamız seriyasını 4-ə çatdırmaq üçün meydana çıxacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin Azərbaycan – Portuqaliya matçı bu gün saat 18:30-da baş tutacaq.

Dünya çempionatı
1/8 final
1 noyabr

18:30. Azərbaycan - Portuqaliya

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR