Bank Of Baku

Misli Premyer Liqasında XIII tura yekun vurulub

Misli Premyer Liqasında XIII tura yekun vurulub
# 12 noyabr 2023 22:32 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Turun ilk matçında autsayder "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı minimal hesabla məğlub edib: 0-1

5 qolun vurulduğu "Turan Tovuz" - "Sabah" oyununda isə sevinən tərəf paytaxt təmsilçisi olub: 2-3

Sumqayıtın eyniadlı komandası "Neftçi" səfərində geriyə düşməsinə baxmayaraq matçdan qalib ayrılmağı bacarıb: 1-2

Bu günün ilk matçında isə lider "Zirə" azarkeşləri önündə "Qəbələ"ni məğlub edib. 1-0

Turun son oyununda "Qarabağ" "Səbail"ə 3 qolla qalib gəlib: 3-1

Qeyd edək ki, bu nəticələrdən sonra turnir cədvəlinə 27 xalla "Zirə" başçılıq edir. Ən yaxın izləyicisi "Qarabağ"ın isə 26 xalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR