Bank Of Baku

Musiala 4 gün ərzində ikinci dəfə meydanda huşunu itirib

Musiala 4 gün ərzində ikinci dəfə meydanda huşunu itirib
# 19 avqust 2026 00:01 (UTC +04:00)

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala son 4 gündə ikinci dəfə huşunu itirərək azarkeşləri narahat edib.

Apasport.az xəbər verir ki, oxşar hadisə “Haydenhaym”la keçirilən yoxlama oyununda (4:2) baş verib.

23 yaşlı futbolçu ikinci hissədə əvəzlənərək meydana daxil olub. Lakin bir neçə dəqiqə sonra anidən özünü pis hiss edərək yerə yıxılıb. Musiala həkimlərin köməyi ilə ayağa qalxaraq meydanı tərk edib.

Qeyd edək ki, Musiala avqustun 15-də “Leyptsiq”lə keçirilən yoxlama matçında (3:1) da huşunu itirmişdi. Həmin vaxt futbolçunun səhhətində yaranan narahatlığın yüksək temperaturla əlaqəli olduğu bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR