Azərbaycanda narkomanların sayı açıqlanıb

Azərbaycanda narkomanların sayı açıqlanıb
# 16 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda bu ilin I rübü ərzində qeydiyyata götürülən və qeydiyyatdan çıxarılan narkomanların sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu ilin I rübü ərzində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 1235 nəfər yeni qeydiyyata götürülüb, 955 nəfər isə qeydiyyatdan çıxarılıb.

Bununla da hazırda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkomanların sayı 28 min 946 nəfərə çatıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr .2014-cü il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28 min 656 nəfər qeydiyyatda olub ki, onlardan 23.042 nəfəri dispanser, 5.614 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 554 nəfəri qadın, 152 nəfəri toksikoman, 20 min 276 nəfəri (409 nəfər qadın) inyeksion narkotik istifadəçiləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR