Azərbaycanda iki zəlzələ qeydə alınıb

Azərbaycanda iki zəlzələ qeydə alınıb
# 06 mart 2017 08:03 (UTC +04:00)

Azərbaycanda iki zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:24-də Kəlbəcər ərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.

Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR