Ucarda bankomat qarət edilib

Ucarda bankomat qarət edilib
# 23 dekabr 2016 17:33 (UTC +04:00)

Ucarda bankomat qarət edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib.

Rayonun Qazıqumlaq kəndində yerləşən Beynəlxalq banka məxsus bankomat naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, məlum hadisə ilə bağlı hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR