Bank Of Baku

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Rüfət Abbasov

© APA | Rüfət Abbasov

# 27 may 2026 16:10 (UTC +04:00)

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Apasport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.

O, “3” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR