Türkiyə futbol millisinin sabiq üzvü Nuri Şahin gələn ildən “Borussiya” Dortmund komandasının baş məşqçisi olacaq.
APA xəbər verir ki, bununla bağlı Nuri Şahinlə klub arasında razılıq əldə edilib.
Nuri Şahin gələn ildən 4 il müddətinə “Borussiya” Dortmund komandasının baş məşqçisi olacaq.
Bu mövsüm isə o, “Borussiya” Dortmund komandasının hazırkı baş məşqçisi Edin Terzicin köməkçisi kimi çalışacaq.
Qeyd edək ki, Nuri Şahin Türkiyənin “Antalyaspor” komandasının baş məşqçisi idi.
Almaniyada doğulmuş Nuri Şahin “Borussiya” Dortmund komandasının yetirməsidir və uzun illər bu komandada çıxış edib.