Bank Of Baku

Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
# 13 iyun 2023 12:29 (UTC +04:00)

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq da ərəblərin diqqət mərkəzinə düşüb.

Yarımadanın dörd komandası 33 yaşlı qabonluya eyni vaxtda elçi düşüblər. Londonlularla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulan forvardın klubdakı durumundan narazı olduğu bildirilir. Ehtiyatda oturmaq istəməyən Obameyanqın təklifi qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Obameyanq ötən mövsüm 21 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR