Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Avqust

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Avqust
# 01 avqust 2015 17:00 (UTC +04:00)

Rəsmi Ankaranın açıqlamaları çox paradoksal xarakterlidir. Ölkənin içində hər gün terror törədildiyi, hər gün şəhid verildiyi halda ölkə rəsmiləri diqqəti daha çox İŞİD üzərinə və Əsəd rejimi ilə mübarizəyə yönəltməyə meyllidirlər. Amma buna baxmayaraq, Türkiyə anti-terror əməliyyatlarını daha çox PKK-ya qarşı keçirir.

Baş nazir Əhməd Davudoğlunun ABŞ-ın ən məşhur nəşrlərindən birinə müsahibəsində "bizdən başqa heç bir NATO dövləti İŞİD təhlükəsi ilə həmsərhəd deyil" açıqlamasını müttəfiqlərə mesaj kimi də dəyərləndirmək olar. Bununla yanaşı, Davudoğlu həm də "biz bu təhlükələrlə təkbaşına da mübarizə aparmaqdan aciz deyilik" fikrini də vurğulayır. Yəni Davudoğlu demək istəyir ki, bizə lazım olan dəstək verilməlidir, əks halda necə deyərlər, "günah bizdə olmayacaq".

Davudoğlunun bu bəyanatları həm də bu yaxınlarda ABŞ və Türkiyə prezidentlərinin arasında baş tutan telefon danışığının ardıdır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR