Bakı bulvarında bir nəfər özünü dənizə atıb

Bakı bulvarında bir nəfər özünü dənizə atıb
# 08 avqust 2015 11:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı bulvarında intihara cəhd olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sağa, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR