"Olimpiakos" Konfrans Liqasının finalına çıxıb

"Olimpiakos" Konfrans Liqasının finalına çıxıb
# 10 may 2024 01:11 (UTC +04:00)

UEFA Konfrans Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

APA xəbər verir ki, ilk oyunda İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxışla yadda qalıb.

Liman şəhəri Pireyin (Piraeus) Georgios Karaiskakis stadionunda keçirilən matçda yunanlıllar 2 cavabsız qolla qalib olub.

Bu nəticə ilə "Olimpiakos" finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

Final qarşılaşması mayın 29-da Afinadakı OPAP Arenada baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR