CNN: ABŞ-da qəzaya uğrayan hərbi təyyarənin göyərtəsində 9 nəfər olub

CNN: ABŞ-da qəzaya uğrayan hərbi təyyarənin göyərtəsində 9 nəfər olub
# 03 may 2018 01:41 (UTC +04:00)

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) qəzaya uğrayan С-130 Hercules hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 9 nəfər olub.


APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı hərbi mənbələrə istinadən məlumat verib.

Bundan əvvəl hadisə nəticəsində 5 nəfərin öldüyü, sağ qalanların olmadığı bildirilirdi.

Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR