Misirdə Məhəmməd Mursinin 22 tərəfdarına çıxarılan edam hökmü təsdiqlənib

Misirdə Məhəmməd Mursinin 22 tərəfdarına çıxarılan edam hökmü təsdiqlənib
# 20 aprel 2015 14:41 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Misirin paytaxtı Qahirənin Cinayət Məhkəməsi keçmiş prezident Məhəmməd Mursinin 22 tərəfdarlarına çıxarılan ölüm hökmünü təsdiqləyib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu şəxslər 2013-cü ilin yayında Qahirədə iğtişaşlar təşkil etməkdə ittiham olunublar.

Misir qanunvericiliyinə əsasən martın 18-də çıxarılan hökm ölkə əvvəlcə müftisinin təsdiqinə verilib. Bundan sonra məhkəmə yekun qərarı elan etmək üçün yenidən toplaşıb.

Məhkum olunanlardan yalnız 14-ü məhkəmə zalında olub. 9 nəfər hazırda axtarışdadır. Bundan əlavə, daha 14 islamçı 10 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR