Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib
# 07 sentyabr 2017 16:33 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Elmar Məmmədyarov səfir Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR