Bostonda "Əli və Nino" filminin təqdimatı ilə keçirilib

Bostonda "Əli və Nino" filminin təqdimatı ilə keçirilib
# 05 fevral 2018 06:49 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

Səfirlikdən APA-ya bildirilib ki, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib.

Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugünkü aktuallığını diqqətə çatdırıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilinin tamam olduğunu bildirib. Azərbaycan diplomatı bu cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olmasını, dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

Sonra film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR