Bank Of Baku

“Qalatasaray” Firmino ilə prinsipial razılıq əldə edib

“Qalatasaray” Firmino ilə prinsipial razılıq əldə edib
# 20 aprel 2023 13:20 (UTC +04:00)

“Qalatasaray” yayda heyətini yeni futbolçularla gücləndirməyi planlaşdırır.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə təmsilçisi “Liverpul”dan Roberto Firmino ilə prinsipial razılıq əldə edib.

İngilislərlə müqaviləsi mövsümün sonunda başa çatacaq 31 yaşlı hücumçunun artıq İstanbula köçməyə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, 2015-ci ildən “Liverpul”un şərəfini qoruyan Firmino bu mövsüm 33 matçda 11 qol və 5 assistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR