Bank Of Baku

"Qalatasaray" rəhbərliyi futbolçulara 1 milyon avro bonus vəd edib

"Qalatasaray" rəhbərliyi futbolçulara 1 milyon avro bonus vəd edib
# 24 oktyabr 2023 16:01 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.

Apasport.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” əsas favoritlərindən sayılan Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək.

İstanbul təmsilçisi qalib gələrsə, qrup liderliyini ələ keçirəcək və 1/8 finala çıxmaq şanslarını artıracaq. “Qalatasaray”ın Çempionlar Liqasının “Bavariya” ilə oyunu üçün ayırdığı mükafat fondu da bəlli olub. İstanbul klubunun idarə heyəti Münhen təmsilçisi üzərində qazanılacaq qələbəyə görə UEFA-nın onlara verəcəyi 2,8 milyon avronun 1 milyonunu futbolçular arasında bölüşdürmək qərarına gəlib.

Qrupda keçirdiyi ilk iki oyundan 4 xal toplayan “cim-bom”da hədəf 3 xal qazanmaqdır. Avrokubokların qrup mərhələsində 36 matçdır məğlub olmayan alman nəhəngi isə səfər oyununa qrup lideri kimi çıxacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR