"Qalatasaray"ın futbolçusu İspaniya klubuna transfer olunub

"Qalatasaray"ın futbolçusu İspaniya klubuna transfer olunub
# 02 fevral 2024 11:34 (UTC +04:00)

"Qalatasaray"ın hücumçusu Sedrik Bakambu İstanbul təmsilçisindən ayrılaraq İspaniya çempionatına keçib.

Apasport.az "sarı-qırmızılılar"ın rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı konqolu futbolçunun yeni ünvanı La Liqa təmsilçisi "Betis"dir.

Tərəflər arasında 2026-cı ilə qədər müqavilə imzalanıb. "Betis" bu transfer üçün "Qalatasaray"a 5 milyon avro ödəyib. Satışda həmçinin şərtə bağlı bonuslar da qeyd olunub.

Xatırladaq ki, Bakambunun İspaniyada oynamaq təcrübəsi var. Konqolu 2015-2018-ci illərdə "Vilyarreal"da çıxış edib. O, 75 matçda iştirak edib, 31 qol vurub və 5 məhsuldar ötürmə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR