Bank Of Baku

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen

© APA | "Qalatasaray"ın hücumçusu Viktor Osimhen

# 23 mart 2026 22:35 (UTC +04:00)

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR