Bank Of Baku

“Qarabağ” Avropada mövqeyini qoruyub, “Neftçi” geriləyib

“Qarabağ” Avropada mövqeyini qoruyub, “Neftçi” geriləyib
# 28 oktyabr 2023 14:19 (UTC +04:00)

Avropanın top komandalarının növbəti reytinq cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 224 xalla 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.

27 xala malik “Neftçi” isə bir pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 238-cidir.

“Sabah” bir pillə irəliləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 265-cidir.

“Qəbələ” 3 pillə geriləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 380-cidir.

Qeyd edək ki, siyahıya 2205 xala malik “Real” başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR