"Qarabağ" - "Braqa" matçını idarə edəcək hakimlər bəlli olub

"Qarabağ" - "Braqa" matçını idarə edəcək hakimlər bəlli olub
# 20 fevral 2024 11:10 (UTC +04:00)

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” – “Braqa” matçı keçiriləcək.

Apasport.az xəbər verir ki, qarşılaşmanı idarə edəcək ədalət təmsilçilərinin kimliyinə aydınlıq gəlib.

Belə ki, matçı Bolqarıstandan olan Georgi Kabakov idarə edəcək. Ona həmyerliləri Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. VAR-da İvaylo Stoyanov, AVAR isə Draqomir Draqanov olacaq. Görüşdə hakim-inspektor vəzifəsini Petteri Kari (Finlandiya) icra edəcək.

Qeyd edək ki, sözügedən komandalar arasında Portuqaliyada keçirilən ilk matçda Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR