Bank Of Baku

“Qarabağ” dünya reytinqində irəliləyib, “Neftçi” və “Sabah” geriləyib

“Qarabağ” dünya reytinqində irəliləyib, “Neftçi” və “Sabah” geriləyib
# 11 oktyabr 2023 13:22 (UTC +04:00)

İFFHS klubların dünya reytinqini açıqlayıb.

Apasport.az xəbər verir ki, cədvəldə planetin 415 klubu yer alıb.

Azərbaycandan siyahıya üç klub düşüb. Son çempion “Qarabağ” 144,5 xalla dünyanın 61-cisidir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ötən ayla müqayisədə 3 pillə irəliləyib.

“Sabah” 63,5 xalla 302-ci yerdə qərarlaşıb. Murad Musayevin yetirmələri 16 pillə geriləyib.

“Neftçi” siyahıda 318-cidir. 61,75 xala malik Adrian Mutunun komandası 7 pilləlik eniş yaşayıb.

Qeyd edək ki, cədvələ 304 xala malik “Mançester Siti” başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR