Bank Of Baku

“Qarabağ” fransalı vingeri transfer edib

“Qarabağ” fransalı vingeri transfer edib
# 18 may 2026 19:16 (UTC +04:00)

2026/27 mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” klubu ilk transferini gerçəkləşdirib.

APA kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR