“Qarabağ” Lunyovla yollarını ayırıb

Andrey Lunyov

© APA | Andrey Lunyov

# 04 iyun 2024 17:44 (UTC +04:00)

“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

APA kluba istinadən xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından “Qarabağ” futbol klubunda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR