Bank Of Baku

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib
# 26 aprel 2026 20:52 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında “Qarabağ” səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanıb.

APA xəbər verir ki, görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edərək komandasını önə çıxarıb. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.

İkinci hissədə “Qarabağ”ın üstünlüyü davam edib. Leandro Andrade 68-ci dəqiqədə dördüncü, Emmanuel Addai 90+3-cü dəqiqədə beşinci qolu vurub.

“Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR