Bank Of Baku

"Qarabağ" və “Neftçi”nin reytinqi açıqlanıb

"Qarabağ" və “Neftçi”nin reytinqi açıqlanıb
# 13 iyun 2023 11:44 (UTC +04:00)

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində planetin 302 ən güclü komandası yer alıb.

Siyahıda Azərbaycanı 2 klub təmsil edir. Premyer Liqanın çempionu "Qarabağ" dünyanın 71-ci komandasıdır.

Qurban Qurbanovun yetirmələrinin hesabında 138,5 xal var. Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib.

“Neftçi” isə 67,5 xalla 287-cidir. Bakılılar 21 addım irəliləyib.

Qeyd edək ki, cədvələ 313 xala malik “Real” başçılıq edir. “Mançester Siti” 279 xalla ikinci, “Flamenqo” 278 xalla üçüncüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR