Bank Of Baku

Qvardiola karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib

Qvardiola karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib
# 12 iyun 2023 16:26 (UTC +04:00)

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 2 ildən sonra İngiltərə klubundan ayrılacaq.

O, 2025-ci ilin yayında Mançester təmsilçisini tərk etmək qərarına gəlib. “Şəhərlilər”lə Çempionlar Liqasını qazanan Qvardiola karyerasını bitirəcəyi vaxtı da müəyyənləşdirib.

O, hələ 9 il çalışmağı planlaşdırır. İspaniyalı 2032-ci ildə karyerasını başa vuracaq. Qvardiola İtaliya klublarında və ya milli komandada çalışmağı da planlaşdırır.

Qeyd edək ki, mütəxəssis 2016-cı ildən Premyer Liqa klubuna rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR